+3 oy
52 gösterim
Duygusal hikayeler kategorisinde (455,160 puan) tarafından


keçərək evə getdim. Həyət qapısını açdığımda anam çoxdan boxçanı hazırlamış, 

məni gözləyirdi. 

– Elə vaxtında gəldin. Al bunu, apar atana. Yəqin o da səni gözləyir. 

– Ha haa... – Gülümsəyərək boxçanı götürdüm.

Evin arxasına keçərək arxa qapıdan təpəyə qalxdım. Yeyin addımlarla atamın 

yanına doğru addımlamağa başladım. Qızmar günəşin altında təpəyə qalxmaq daha 

da çətin idi. Günəşin şüaları başımı yamanca yandırırdı. Arabir seyrək ağacların 

kölgəsində dayanır, nəfəsimi dərdikdən sonra yenidən yoluma davam edirdim. Bir 

qədər də getdikdən sonra uzaqdan sürünü güclə olsa da, gördüm. Sürətimi biraz da 

artıraraq atamın yanına çatmağa çalışdım. Bir neçə dəqiqə sonra artıq atamı da

görürdüm. Ağacın dibində oturaraq sürüyə baxırdı. Ona yaxınlaşıb gülümsəyərək 

əlimdəki boxçanı ona uzatdım. 

– Qoy qırağa. – Atam yer göstərib dedi. – Özünsə get qoyunları sür bu tərəfə. 

Dağılmasınlar. 

Gülümsəyərək başımla “oldu” deyib sürüyə tərəf getdim. Atamın hirsi, 

deyəsən, soyumuşdu. Mənimlə əsəbi danışmırdı. Əlimə nazik ağac budağı alaraq 

qoyunları ehmalca dövrələyir, kənara dağılışmaması üçün əlimdən gələni edirdim. 

Onlar da məni başa düşürmüşcəsinə sakitcə bir yerdə dayanırdılar. Danışmadan bir-

birimizi çox gözəl başa sala bilirdik. Bu məni güldürürdü. Qoyunları dövr edir, 

onların yunlarına toxunaraq öz-özümə oynayırdım ki, uzaqdan neçə nəfərin bizə

tərəf yaxınlaşdığını gördüm. Yaxınlaşdıqca üzləri daha aydın sezilirdi. Gələnlər bu 

kəndlərin qız-gəlini idilər. Bellərinə bağladıqları şələlər bellərini əysə də, sürətlərini 

azaltmadan bizə tərəf gəlirdilər. Yaxınımıza çatıb salam verdikdən sonra çinar 

ağacının altına yüklərini qoyaraq hərəsi bir tərəfdə, otun üstündə oturdular. 

Yüklərinin bir küncünə bağladıqları boxçaları götürərək qabaqlarına qoymuş, 

günorta yeməyi üçün hazırlıq edirdilər. Onlardan biri isə qıraqda duraraq onlara 

qarışmır, qızlar neçə dəfə təklif etsələr də, boxçasında yemək olduğunu, ancaq 

yemək istəmədiyini deyirdi. O biri qızlara bildirmədən ağacların arxasıyca ona 

yaxınlaşaraq qabağında oturub üzünə baxdım. İri gözlərini mənə zilləyib dedi:

– Salam. 

Başımla salamını alaraq gülümsədim. O da qarşılıq verərək gülümsədi. Uzun 

saçları vardı. Enli örpəyi başını tam örtsə də, bunu aydın sezmək olurdu. Gözlərini 

boxçasına zilləyərək fikrə dalır, arabir o biri qızlara baxaraq köks ötürürdü. Onu belə

gördükdə boxçasını götürərək içindən onun üçün nəsə götürmək istədim. Ancaq 

boxçanın içində heç nə yox idi. Bir-birinə düyünlənmiş kəndirdən başqa. Hər şey 

anidən olduğundan qız çaşmış, mənim nə etdiyimi başa düşməmişdi. Gözlərini 

bərəldərək üzümə baxırdı. Boxçanı əlimdən almaq istəsə də, cəld ayağa qalxaraq 

atamın yanına qaçdım. Atam üçün gətirdiyim boxçanı açaraq qızın boxçasının içinə

bir-iki şey qoyub yenidən onun yanına tələsdim. Qızsa, o biri qızların heç nə başa 

düşməməsi üçün sakitcə oturaraq məni izləyirdi. Ancaq qızlar məni görmüşdü. 

Boxçanı iki əlimlə açaraq ona uzatdım. Gülümsəyir, onun da gülməsini istəyirdim. 

Biraz aralı da oturan qızlardan biri olanlara sakit dayanmayaraq dilləndi. 

– Gülpəri, uşağın əlindəkiləri al. Günahdır. Allaha da xoş gedər. 

Adı Gülpəri idi. Gül... Pəri... Gülpəri o biri qızın sözlərini eşidib boxçanı 

əlimdən aldı. Deyəsən, heç kim heç nə başa düşməmişdi. Gülpəri isə üzümə baxır,

Yorumunuz

Fotoğraf yükle:

Önizleme:

Görüntülenecek adınız (isteğe bağlı):
Gizlilik: E-posta adresiniz yalnızca bu bildirimlerin gönderilmesi için kullanılacak.
İstenmeyen Reklam Koruması:
Üç artı iki = kaç eder? Rakamla yazınız
Gelecekte bu doğrulamadan kurtulmak için, lütfen giriş yapınız veya kayıt olunuz.

2 Yorumlar

+4 oy
(455,160 puan) tarafından
tarafından seçilmiş
 
En İyi yorum
Kaş hamı senin kimi anlayışlı olsalardı Bəşir..
+2 oy
(164,200 puan) tarafından
Yaa keşke yaaa

7,263 Hikayeler

26,818 Yorum

21,291 Alt Yorum

17,072 kullanıcı

38 Online Users
0 Member 38 Guest
Today Visits : 1733
Yesterday Visits : 13667
Total Visits : 18828361
...