+3 oy
39 gösterim
Çocuk Hikayeleri kategorisinde (200 puan) tarafından
 Yeni dərs ilinin başlanmasına bir həftə qalmışdı. Aysu bu yay tətilində bir dəfə də olsun əlinə kitab almamışdı. İşi-gücü internetdə rəfiqələri ilə yazışmaq, yeni filmlərə, musiqi küplərinə tamaşa etmək idi. Anası tez-tez deyirdi:  - Ay bala, əl çək kompüterdən, götür, bir kitab oxu.  Aysu isə cavab verirdi:  - Yaxşı da, anacan, bəs tətil nə üçündür? Mən pis iş görmürəm ki!.. Sən bilmirsən axı, müasir dövrdə internet ən zəngin bilik mənbəyidir.  Nəhayət, atası Aysunu kitaba alışdırmağın yolunu tapdı. O, qızını çağırıb dedi:  - Qızım, al bu kitabı, oxu. Əgər məktəb başlanana qədər oxuyub qurtarsan, sevdiyin müğənninin konsertinə bilet qazana bilərsən.  - Doğrudan?  - Düz sözümdür.  Aysu kitabı götürüb üz qabığına baxdı:  - Mütləq oxuyacağam, ata. Yəqin ki, maraqlı kitabdır, - deyə o, atasını əmin edib kitabı öz otağına apardı və rəfə qoydu.  Çox şirnikləndirici təklif idi. Aysu özünü konsert zalında təsəvvür edirdi. Amma bunun üçün əvvəlcə kitabı oxumaq lazım idi. Buna isə heç həvəsi yox idi. Bəlkə, bir neçə gündən sonra yalandan desin ki, oxuyub? Yox, atası elə də sadəlövh adam deyil. O, mütləq əsərin məzmununu soruşacaq.Birdən Aysunun ağlına parlaq bir fikir gəldi:  - Yaşasın internet - dünyanın ən zəngin məlumat mənbəyi! Orada istənilən məşhur əsər haqqında qısa məlumat tapmaq olar.  Ağıllı qızımız belə də etdi. İnternetə daxil olub axtarış verdi: Mark Tven, “Şahzadə və dilənçi”. Həmin dəqiqə də onlarla mənbə çıxdı. Onlardan birini açıb oxudu:  “Dilənçi Tom təsadüf nəticəsində kral sarayına düşür və burada şahzadə Eduardla tanış olur. Onlar əylənmək məqsədilə paltarlarını dəyişirlər...”

Aysu əsər haqqında bir səhifəlik xülasəni tez-tələsik oxudu və özündən razı qaldı. Hələ bir öz-özünə düşündü: “Vallah, bu böyüklər qəribədirlər. Lap həyatdan geri qalıblar. Bir dilənçi ilə şahzadənin macəralarını oxumaq üçün bu qədər vaxt sərf etməyə dəyərmi? Nə yaxşı ki, internet varmış. Konsertə bilet artıq cibimdədir”.  Aysu qızımız ağıllı idi. O həmin dəqiqə atasının yanına qaçıb kitabı oxuduğunu demədi. Axı hamı bilir ki, 200 səhifəlik kitabı bir günə oxuyub qurtarmaq olmaz. Heç ertəsi gün də, o biri gün də demədi. Düz bir həftə səbirlə gözlədi. Dərslərin başlanmasına bir gün qalmış təntənəli şəkildə elan etdi:  -Ata, mən kitabı oxuyub qurtardım. - Eləmi?! - ata sevincək dilləndi. - Məzmununu danışa bilərsən? - Əlbəttə...  Hadisələrin davamı ilə bağlı öz versiyalarınızı söyləyin. Aysu internetdən oxuduqlarını iki-üç dəqiqə ərzində üyüdüb-tökdü. Sonra tez dilləndi:  - Hə, indi mükafatımı ala bilərəm?  Atanın sifəti birdən dəyişdi. O, qanı qaralmış halda dedi:  -Aysu, sən əsəri oxumamısan. Əgər oxusa idin, kitabın içinə qoyduğum konsert biletini tapardın.

Yorumunuz

Fotoğraf yükle:

Önizleme:

Görüntülenecek adınız (isteğe bağlı):
Gizlilik: E-posta adresiniz yalnızca bu bildirimlerin gönderilmesi için kullanılacak.
İstenmeyen Reklam Koruması:
Üç artı iki = kaç eder? Rakamla yazınız
Gelecekte bu doğrulamadan kurtulmak için, lütfen giriş yapınız veya kayıt olunuz.

7,267 Hikayeler

26,820 Yorum

21,291 Alt Yorum

17,077 kullanıcı

35 Online Users
0 Member 35 Guest
Today Visits : 2374
Yesterday Visits : 12745
Total Visits : 19001470
...