Bu söz anamın xətrinə dəymişdi ki, qaşlarını çataraq böyük bacımla oğluna
baxdı. Onlar da bunu hiss edib sakit durdular.Mənsə geriyə dönərək eyvandan düşüb
evin arxasına tərəf getməyə başladım. Asta addımlarla getdiyimdən anamla
bacımlarımın danışıqlarını eşidirdimdim.
– Oğluna tərbiyə ver. Danışığını heç bilmir.
– Ay ana, nə dediki? Zarafatdı da eliyir. – Böyük bacım dilləndi.
– Elə zarafat olmur, Səfurə. Heç sən özün də uşaqla durub görüşmədin. Sən
nəsənki oğlun nə olsun!
– Eeee... guya nəsə başa düşürki? Sabaha yadından çıxacaq.
– Elə demə, bacı. O da hər şeyi yaxşı dərk edir. – Kiçik bacım söhbətə qoşuldu.
– Bəşiri hamı dəli bilir. Ancaq onun problemi danışa bilməməkdi.Buna görə
də yazıq özünü heç kimə izah edə bilmir. Bacarmır. Hamı da üstünə düşür. – Anam
dedi.
– Yaxşı. Sabah çıxıb gedəcəm onsuzda. Qaynanamgil xəbər göndərib. Bizi
gözləyirlər. Sizdə canınızı qurtararsız məndən. Bir Bəşir gör nə dəyərli olub bunlara.
Onların söhbətinin sonrasını eşidə bilmədim. Artıq evi keçib arxa həyətə tərəf
dönmüşdüm belə. Bacımın dediyində həqiqət var idi. Sabah hər şeyi unudacaqdım.
Çünki heç kimlə küsülü qalmaq istəmirdim. Bacarmırdım. Mənim yaşım çox
deyildi. Bəlkə buna görə də məni ciddi qəbul etmirdilər. Ağlımın qıt olduğunu zənn
edirdilər. Ancaq onlara nə hiss etdiyimi deyə bilsəydim. Bircə danışa bilsəydim. O
zaman hər şey tamamilə fərqli olardı. Çox fərqli olardı.
Səhəri gün həqiqətən böyük bacımın əri gəlib onları apardı. Kiçik bacım isə
hələ bir neçə gün burada qalacaqdı. Atam bacıma görə sürünü yenə özü aparmamış,
evdə qalmışdı. Ona görə də yerimdən duran kimi ilk işim daşların dalıyca getmək
idi. Tələsdiyimdən heç güzgüyə belə baxmamış, əynimi geyinərək otaqdan
çıxmışdım. Ancaq anamın təkidi ilə bir tikə də olsa, yemək yemişdim. Onu da tələsə-
tələsə, güclə yeyə bilmişdim. Sonra isə daşların arxasıyca həyət qapısından çıxaraq
aşağı doğru qaçmışdım.
Allahverdi əminin qapısının yanına çatanda sürətimi azaldaraq diqqətlə
daşların olduğu yerə yaxınlaşdım. Ətrafı süzür, onun hardansa çıxacağından ehtiyyat
edirdim. Ancaq heç kim yox idi. Nəvələri də görsənmirdi. Daşlar elə mən yıxılan
yerdə idi. Cəld əyilərək hamısını tək-tək götürüb cibimə qoymağa başladım.
Axırıncı daşı götürüb cibimə qoyanda ətrafa göz gəzdirərək balaca it balasını
axtardım. Lakin yox idi. Dikələrək üst-başımı düzəltdim. Cəld geriyə dönərək evə
qayıtmaq istəyirdim ki, kiməsə dəyib durdum. Əvvəlcə bunun Allahverdi əmi
olduğunu zənn etsəm də, o deyildi. Səməndər idi. Mehdi kişinin oğlu.
– Hara tələsirsən belə, ay uşaq? – Əlini çiynimə qoyaraq dedi.
– Haaa... – Əlimlə evimizin yerləşdiyi tərəfi göstərdim.
– Tələsmə. Gəl biraz oturaq. Sonra gedərsən, – deyə məni qırağa çəkdi. Mənsə
Allahverdi əminin qapısını göstərərək narahatlığımı bildirdim. – Qorxma! Dünən
olanlardan xəbərim var. Allahverdi kişi indi evdə yoxdur. Aşağı kəndə gedib.
Axşama gələr. – Bu sözündən sonra mən də daşın üstünə oturdum. – Çoxdandır səni
görmürəm. Yaman böyümüsən. Neçə yaşın var indi? – İki əlimi də havaya qaldıraraq
bütün barmaqlarımı açdım. Sonra bir əlimi aşağı salaraq digər əlimdə bir barmağımı
qatlayaraq dörd barmağımı açıq saxladım. – Deməli, on dörd yaşın var. Ay