-----
+5 oy
318 gösterim
Duygusal hikayeler kategorisinde (543,870 puan) tarafından

Mən, Bəşir. İllərdir edilən duaların mükafatı sayılan, dörd qızdan sonra 

doğulan Bəşir. Adına qurbanlar kəsilən, qapı-qapı şirinlik paylanılan, toy-bayram 

edilən Bəşir. Bir kənddən digər kəndə qədər sorağı yayılan, görənlərin dilinə düşən 

Bəşir. Gözlərindəki işığa həsədlə baxılan, üzündəki nura aşiq olunan Bəşir. Zərifə

ananın evim-eşiyim dediyi, çoban Həsənin nəslinin davamçısı olan Bəşir... Ancaq 

bircə sözlə taleyi ondan üz döndərən, həyatı solan Bəşir. Danışa bilməyəcəyini 

öyrəndiyində atasının gözündə bir heçə çevrilən, əqli qüsurlu olduğunu biləndə

anasının göz yaşlarına dönən Bəşir. Bacılarının qardaş deyə inana bilməyəcəkləri, 

onların övladlarının dayı deməyə utandıqları Bəşir. Kəndin böyüklərinin yazığı 

gəldiyi, kiçiklərinin isə lağlağı etdiyi Bəşir. Yat Bəşir, dur Bəşir, gül Bəşir, ağla 

Bəşir! Bir sözlə, mən, məhşur Dəli Bəşir. 

– Bəşir, ay Bəşir! Hara yoxa çıxmısan?!

Atam qışqıraraq məni çağırırdı. Tez yerimdən qalxaraq yanına, təpənin üstünə

doğru qaçmağa başladım. Deyəsən, nəsə olmuşdu. Uzaqdan məni görərək əli ilə

tələsməyimi istədi. Əsəbləşdiyi üzündən bəlli idi. Yanına çatıb sual dolu baxışlarla 

üzünə baxdım. 

– Hansı cəhənnəmdəsən indiyə kimi! Səhərdən səni axtarıram.

Əlimdəki kitabı ona göstərək kitab oxuduğumu demək istədim.

– Kitab oxumağın vaxtıdır? – Kitabı əlimdən alaraq qırağa tulladı. – Cəld ol 

qaç yuxarı! Sürünün qabağını kəs! Hava qaralır!

Təbəssümlə başımı yellədim. Sonra cəld yerimdən götürülərək yuxarı, dağa 

tərəf qaçmağa başladım. Qoyunlar ətrafa səpələnmişdi. Onları qaytarmalı idim. Heç 

on dəqiqə keçməmişdi ki, qoyunları qabağıma qatmış, atamın yanına gətirmişdim. 

Ancaq hirsi soyumadığından hələ də əsəbi idi. Elə hey üstümə qışqırırdı. 

Kəndə çatdığımızda havanın qaralmağına az qalmışdı. Qoyunları tövlənin 

qabağındakı ağıla sürmüş, anamın onları necə sağdığına tamaşa edirdim. Südünü 

aldığı qoyunları quzuların öhdəsinə buraxırdı. Quzular isə bir-birləri ilə dalaşa –

dalaşa analarının döşlərindən az da olsa süd əmməyə çalışırdılar.

Atam tövlənin qapısını bağladıqdan sonra üçümüz də evin yolunu tutduq. 

Mənə yenə də əsəbi idi. Onu çox vaxt başa düşə bilmirdim. Elə hey qışqırır, 

acıqlanırdı. Düzdür, hələ bircə dəfə də olsun, məni vurmamışdı. Amma heç 

sevməmişdi də. Səbəbini bilmirəm. Bəlkə də xasiyyəti belə idi. 

Anam stolun üstünü hazır etdikdən sonra üçümüz də bir yerdə oturaraq axşam 

yeməyini yedik. Yemək zamanı heç kim bir söz belə danışmırdı. Atam susur, anam 

isə məni izləyirdi. Ara-sıra gözlərimiz bir-birinə sataşır, gülümsəyərək qarşılıq 

verirdik. Atam isə başını qaldırmır, qaşlarını çataraq yeməyini yeyirdi. Sanki hirsini 

yeməkdən çıxarırdı. Birdən cəld ayağa qalxaraq stulu arxaya itələdi.

– Çayı otağa gətirərsən. Mən yediyimi yedim. 

– Yaxşı, ay kişi, – deyə anam da onun arxasıyca qalxaraq samovarın yanına 

getdi. 

Mən isə yeməyimi bitirməmişdim. Sakitcə şorbadan qaşıqlayır, ara-sıra 

köynəyimin qolu ilə ağzımı silirdim. Bunu etməkdən xoşum gəlirdi. Ağzımın 

qıraqları təmiz olurdu onda.

Yorumunuz

Fotoğraf yükle:

Önizleme:

Görüntülenecek adınız (isteğe bağlı):
Gizlilik: E-posta adresiniz yalnızca bu bildirimlerin gönderilmesi için kullanılacak.
İstenmeyen Reklam Koruması:
Üç artı Dört = kaç eder? Rakamla yazınız
Gelecekte bu doğrulamadan kurtulmak için, lütfen giriş yapınız veya kayıt olunuz.

4 Yorumlar

+2 oy
(1,216,050 puan) tarafından
tarafından seçilmiş
 
En İyi yorum
Evett devamı gelsinn. Azerice çok bilmiyorum ama anladığım kadarıyla çok güzel^-^
(543,870 puan) tarafından
Bu bir roman amma kısa sonu güzel ;)
DESKTOP Ad After First Answer and Loop
+4 oy
(543,870 puan) tarafından
İsterseniz ardını da paylaşırım 
+3 oy
(457,920 puan) tarafından

Ben bunu hiç anlamıyorum ki :(

Kusura bakma okuyamıyorum

(543,870 puan) tarafından
Sorun yok :)))
+1 oy
(162,980 puan) tarafından
Eğer azerice bilmiyorsanız tercüme ederek okuya da bilirsiniz. Çokk güzel ve tebrik ederim artık sende bi yazar oldun prenses
Ad after All Answers

7,580 Hikayeler

27,971 Yorum

23,781 Alt Yorum

20,091 kullanıcı

18 Online Users
0 Member 18 Guest
Today Visits : 1888
Yesterday Visits : 8150
Total Visits : 30865988
...