-----
+4 oy
162 gösterim
Duygusal hikayeler kategorisinde (543,870 puan) tarafından



Üçüncü dəfə vurmaq istəyəndə atam anidən əlindən tutaraq onu saxladı. Onun 

gəldiyini ikimiz də görməmişdik. Allahverdi əminin məni döyməsindən çox, atamın 

mənə hirslənməyindən qorxurdum. Ona görə də cəld ayağa qalxaraq geri çəkildim. 

İt balasını isə yerə buraxdım.

– Uşağı niyə vurursan? – Allahverdi əminin üstünə qışqıraraq dedi. 

– Görmürsən uşaqları? Neyniyibsə, yazıqlar hələ də ağlayırlar. 

– Bəşir, elə uşaq deyil ki, körpələri döysün. Sən hardan bildin ki, o eliyib? 

Bəlkə bir-birləri oynayanda olub. 

– Sən nə danışırsan? Uşaq özü dedi ki, bu vurub onu. – Əli ilə məni göstərdi.

Mənsə, iti göstərərək atamı gözlərimlə başa salmağa çalışdım. – Sənə dağda sürünün 

yanında da dedim ki, bunu çölə buraxanda ehtiyatlı ol. Kimin başına nə oyun açacağı 

bəlli olmaz. Dəli şeydi. 

Allahverdi əmi axırıncı sözü deyəndə atam yumruqla onu vurub yerə sərdi. 

– Bəşir dəli zad deyil. Danışa bilmir deyə, günahının olduğunu da deyə

bilməzsən. Mən onun heç kimə ziyan verməyəcəyinə inanıram. Sən öz nəvələrində

günah axtar! – Atamı birinci dəfə idi ki, belə görürdüm. Əsəbdən gözləri qan 

çanağına dönmüşdü. – Yaşından utan, Allahverdi! Qüsurlu bir uşağa vurmaq 

nakişilikdir! – Əlimdən tutaraq məni atın yanına apardı. – Bir də bu uşağa əlinin 

qalxdığını görməyim. İnan Allaha, əlini kəsərəm!

Məni yəhərin üstünə qoyduqdan sonra özü də atın belinə qalxdı. Atın belinə

necə təpiklə vurdusa, at dördnala götürüldü. Allahverdi əmi isə yerdə oturub 

qalmışdı. Bircə söz belə demirdi. Mən ilk dəfə idi ki, atamın məni sevdiyini 

düşünmüşdüm. Bunu düşünmək belə gözəl idi. Gülürdüm. Atama bildirməmək üçün 

səssizcə gülürdüm. Həyatımdaki ən gözəl gün idi. Atam məni qorumuşdu. 

Həyət qapısına çatdığımızda atam olanlar haqqında anama heç nə

bildirməməyi tapşırdı. Bir də buna görə pis olmasını istəmirdi. Mən də onun dediyi 

kimi etdim. Heç nə bildirmədim. Bacımgil artıq gəlmişdilər. Ancaq hamısı 

gəlməmişdi. Sadəcə iki bacım. Eyvana çıxaraq onların yanına getdim. Kiçik bacım 

məni görən kimi oturduğu döşəyçənin üstündən qalxdı.

– Salam, Bəşir. Necəsən? – Gülümsəyərək soruşdu və yanağımdan öpdü. Mən 

də eyniylə qarşılıq verdim. 

Böyük bacım isə ayağa qalxmadan eləcə salamlaşdı. Onunla elə də yaxın 

deyildim. Mən onu ildə bir dəfə görərdim ya yox. Ən çox gördüyüm kiçik bacım idi. 

Onunla daha yaxşı idim. Kiçik bacımın uşağı yamanca böyümüşdü. Məni görüb 

qıçımdan tutaraq gülməyə başladı. Onu görəndə çaydan topladığım daşlar yadıma 

düşdü. Allahverdi əmi məni vuranda yerə yıxılmışdım. Hamsı, deyəsən, onda 

cibimdən düşmüşdü. İt balasını da orada qoymuşdum. İndi kim bilir, uşaqlar ona nə

edirdilər. Mütləq onları götürməli idim. Elə bunu düşünürdüm ki, yan otaqdan böyük 

bacımın oğlu Murad çıxaraq yanıma gəldi. 

– Salam, Bəşir. Nə var nə yox? – deyə əli ilə qoluma vurdu. 

Mən də əlimi onun qoluna vuraraq qarşılıq verdim. 

– Ə o, sənin dayındı ee. Bəşir nədi deyirsən? – Böyük bacım zarafatla Murada 

dedi. 

– Yox bir. Belə dayı olar? – Əlini mənə tərəf tutaraq gülməyə başladı. Mən də

gülümsəyərək ona baxdım.

Yorumunuz

Fotoğraf yükle:

Önizleme:

Görüntülenecek adınız (isteğe bağlı):
Gizlilik: E-posta adresiniz yalnızca bu bildirimlerin gönderilmesi için kullanılacak.
İstenmeyen Reklam Koruması:
Üç artı Dört = kaç eder? Rakamla yazınız
Gelecekte bu doğrulamadan kurtulmak için, lütfen giriş yapınız veya kayıt olunuz.

1 yorum

+2 oy
(162,980 puan) tarafından
tarafından seçilmiş
 
En İyi yorum
Güzel bi bölüm oldu. Ama Murad sonda işleri bulandırdı
Ad after All Answers

7,579 Hikayeler

27,971 Yorum

23,781 Alt Yorum

20,091 kullanıcı

45 Online Users
0 Member 45 Guest
Today Visits : 7283
Yesterday Visits : 9571
Total Visits : 30887464
...