-----
+3 oy
133 gösterim
Duygusal hikayeler kategorisinde (543,870 puan) tarafından


MaşaAllah. Yamanca kişi olmusanki. – Onun sözləri məni güldürdü. – Mən də

dünən gəlmişəm. Moskvadan Bakıya, Bakıdan da bura. Əsgərlikdən. 

Mehdi kişinin dükanının niyə açıq olmadığını indi başa düşmüşdüm. 

Səməndərin arxasıyca getmişdi. Əsgərdən gəlirdi. Səməndəri axırıncı dəfə iki il 

bundan qabaq görmüşdüm. Onda da mənimlə yaxşı davranardı. Ara-sıra dükandan 

konfet oğurlayıb mənə verərdi. Yaxşı oğlan idi. 

– Allahverdi kişi, qocaldıqca xasiyyəti də pisləşib. Dünən sədrlə, kəndin 

girişindəki restoranda oturmuşdu. Onlar danışarkən eşitdim. Səni vurub. Atan da onu 

vurub. Düz eliyib! – Gülərək dedi. – Onunla işim çətin olacaq. Bir yolunu taparıq 

ancaq. Hə, Bəşir? – deyə mənə baxdı. 

Səməndərin nə dediyini anlamamışdım. Gözlərindəki parıltının səbəbi mənə

maraqlı gəlirdi. Allahverdi əmiylə onun nə işə ola bilərdi ki? Uzaqlara baxaraq fikrə

dalmışdım ki, Səməndərin səsi məni fikirdən ayırdı.

– Yazmağı bacarırsan, Bəşir? 

– Ha haaa... – Başımla təsdiqlədim. Yazıb oxumağı mənə anam öyrətmişdi. 

Anamın dediyinə görə onda hələ üç yaşım vardı.

– Lap yaxşı. Səninlə işimiz uzun olacaq. İndi isə gedə bilərsən. Mən də evə

gedəcəm. – Sözünü bitirib ayağa qalxdı. Mən də ayağa qalxıb onun nə edəcəyini 

gözlədim. – Hələlik, Bəşir. 

Mənimlə sağollaşıb aşağı, dar dalana tərəf getdi. Mənsə onun dediklərini 

fikirləşə-fikirləşə evin yolunu tutdum. Nə qədər də dediklərini anlamağa çalışsam 

da, bir yerə çıxa bilmirdim. Allahverdi əmiylə işini başa düşməmişdimsə, mənimlə

nə işi olacağını heç qavraya bilmirdim. Sirr kimi bir anda gəlib keçmişdi Səməndər. 

İşin nə olduğunu isə yəqin ki, öyrənəcəkdim. İndi isə çay daşlarını Mələyə

aparmağın vaxtı idi. 

Həmin gün çay daşlarını Mələyə götürdüyümdə ilkində olduğu kimi 

sevinmişdi. Hamsını əlimdən alıb yerə qoymuş, sonra da onlarla oynamağa 

başlamışdı. Onu belə görmək məni də sevindirirdi. Üzündəki gülüş mənim də

gülüşüm olmuşdu. Və məni sevindirən bir şey də var idi ki, atam sabah məni də özü 

ilə yuxarı aparacaqdı. Deyəsən, hər şey yoluna düşməyə başlayırdı.

Səhərin erkən saatlarında atamla bir yerdə sürünü yuxarıya çıxartdıq. Çoban 

itləri ilə sürünün hər tərəfini gəzir, sürünün dağılmaması üçün əlimizdən gələni 

edirdik. Atam isə atın belində, sürünün qabağında gedirdi. Təpəni aşaraq sürünün 

başını buraxdıq ki, rahatca gəzib ot yeyə bilsinlər. Atam isə atın yəhərini üstündən 

götürüb ağızlığını çıxardı. Ayağına bağladığı uzun kəndiri isə dəmir çubuqla yerə

bərkitdi. Bundan sonra ağacın dibinə əyləşərək siqaretini yandırıb tüstüsünü 

ciyərlərinə çəkdi. Mənsə onun yaxınlığında bardaş quraraq onu izləyir, bir tapşırıq 

verər deyə hazır gözləyirdim. Ancaq o öz işində idi. Gözlərini qıyaraq gah uzaqlara 

dalır, gah da sürüyə nəzər yetirirdi. Sakit görünürdü. Əslində, çox vaxt belə olardı. 

Ancaq bugün onda başqa hal sezirdim. Heç bir söz demir, eləcə ağacın dibində

qoyun dərisinə uzanaraq ətrafı izləyirdi. 

Vaxt keçir, günəş başımızın üstünü almağa çalışırdı. Mənsə sürünün arasına 

girərək onları izləyir, astaca ətraflarında dolaşaraq necə otladıqlarını seyr edirdim. 

Bunu onlar da hiss edirdilər ki, arabir başlarını qaldıraraq təəccüblə üzümə baxıb 

mələyirdilər. Ancaq nə demək istədiklərini anlaya bilmirdim. Yəqin, onları

Yorumunuz

Fotoğraf yükle:

Önizleme:

Görüntülenecek adınız (isteğe bağlı):
Gizlilik: E-posta adresiniz yalnızca bu bildirimlerin gönderilmesi için kullanılacak.
İstenmeyen Reklam Koruması:
Üç artı Dört = kaç eder? Rakamla yazınız
Gelecekte bu doğrulamadan kurtulmak için, lütfen giriş yapınız veya kayıt olunuz.

1 yorum

+2 oy
(162,980 puan) tarafından
tarafından seçilmiş
 
En İyi yorum
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ad after All Answers

7,579 Hikayeler

27,971 Yorum

23,781 Alt Yorum

20,091 kullanıcı

44 Online Users
0 Member 44 Guest
Today Visits : 7278
Yesterday Visits : 9571
Total Visits : 30887459
...